Thursday, December 10, 2015

Əbdürrəhman Dəvəçi: Türkmənlər İranda həm türk, həm də sünni olduqları üçün basqı altındadırlar [Audio]

Əbdürrəhman Dəvəçi
USA - VoA İran Azərbaycanı Türk Dili - Əbdürrəhman Dəvəçinin firincə, İranda təriqət faktoru sünni türkmənlər və ölkənin digər bölgələrində, o cümlədən Azərbaycanda yaşayan şiə türkləri bir-birlərindən uzaqlaşdıra bilər. Türkmən yazar, sənətçi və Türkiyə universitetlərinin sənət tarixi müəllimi Əbdürrəhman Dəvəçi Amerikanın Səsi ilə söhbətdə İranın Türkmənsəhra bölgəsində yaşayan Türkmənlərin dil, mədəniyyət, tarix və ictimai-siyasi həyatlarını şərh etməklə yanaşı onların məruz qaldığı etnik və məzhəbi ayrı-seçkilik və basqılar haqqında danışıb.
Əbdürrəhman Dəvəçi İran türkmənlərinin durumu haqda danışır (20:15)
Diňlemek üçin: Direct link

Cənab Dəvəçi İranda yaşayan türkmənlərin Türkmənistan və ...
Türkiyə kimi ölkələr, eləcə də İranın digər bölgələri o cümlədən, Azərbaycan vilayətlərində yaşayan türklər ilə münasibətlərini dəyərləndirib.
Günbəd Kavus (Türkməncə: Kümmet Gowuz) İranda əhalisinin əksəriyyəti türkmən olan ən böyük şəhərdir. Türkmənlər həmçinin Gülüstan, Quzey Xorasan və Rəzəvi Xorasanın bir çox bölgələrində yaşayırlar. Türkmənistandan cənubda yerləşən bu bölgələrə Türkmənsəhra deyilir.
Azərbaycanda yaşayan türklərə gəlincə, şiəliyi deyi, türklüyü düşünənlər türkmənlərə yaxın olublar. Ama biri şiəliyə, o biri isə sünniliyə çox önəm verəndə uzaqlaşıblar....Əbdürrəhman Dəvəçi
Türkmən yazar sünni-hənəfi məzhəbinə mənsub olan türkmənlərin İranda həm dini, həm də etnik ayrıseçkiliyə məruz qaldığını vurğulayır. Onun dediklərinə görə, türkmənlər həm türk olduqları, həm də sünni olduqları üçün basqı altında olurlar.
“İranın konstitutsiyasına görə, bir sünninin prezident olması yasaqdır, prezident cəfəri-şiə məzhəbindən olmalıdır... Sünnilərin sadəcə prezident olmaları yasaqlansa da, bu bir çox başqa ayrı-seçkiliyin təməli olmuşdur. Bu üzdən, türkmənləri dövlətdə ən alt vəzifələrə belə gətirmirlər,” deyə Dəvəçi söyləyir.
Evin zindanında saxlanılan türkmən fizikçi Ümid Kövkəbi
“Türkmənlər hər zaman basqı altında olduqları üçün özlərini yanlız hiss etmiş və özlərinə qardaş axtarmışlar. Onlar Türkmənistanı ata vətən bilirlər. İran nə qədər şiəçilik yapsa, onlar da misal üçün özlərini Türkiyəyə daha yaxın hiss etmişlər,” deyə Əbdürrəhman Dəvəçi Türkmənsəhra ilə Türkmənistan və Türkiyə ölkələri arasında duyğu bağlarının mövcüd olduğunu vurğulayır.
O, Türkmənsəhrada yaşayan türkmənlərin Türkmənistan Respublikası ilə əlaqələrini dil, mədəniyyət və coğrafi mövqe baxımından İran Azərbaycanı ilə Azərbaycan Respublikası arasındakı münasibətə bənzədir.
Türkmən yazarın sözlərinə görə, “İranda türkmənlərin yaşadığı bölgələr çox qədimdən Türkmənsəhra adlanır. Türkmənsəhra rəsmi olaraq bir bölgənin adı olmasa da, bu ad qədim tarixdən həm də Pəhləvilər dövrü və bir neçə il öncəyə qədər rəsmi xəritələrdə qeyd edilirdi. Ancaq, son vaxtlarda artıq yazılmır.”
Dəvəçinin fikrincə, İranda məzhəbin hakimiyyət tərəfindən önə çıxarılması sünni məzhəbli türkmənlər və İranın başqa bölgələri o cümlədən, Azərbaycan vilayətlərində yaşayan şiə məzhəbli türkləri bir-birindən uzaqlaşdıra bilir:
“Azərbaycanda yaşayan türklərə gəlincə, şiəliyi deyi, türklüyü düşünənlər türkmənlərə yaxın olublar. Ama biri şiəliyə, o biri isə sünniliyə çox önəm verəndə uzaqlaşıblar.”

İranın ana yasasına görə, bir sünninin cumhur başqanı olması yasaqdır, cumhur başqanı cəfəri-şiə məzhəbindən olmalıdır... Sünnilərin sadəcə cumhur başqanı olmaları yasaqlansa da, bu bir çox başqa ayrı-seçkiliyin təməli olmuşdur. Bu üzdən, türkmənləri dövlətdə ən alt vəzifələrə belə gətirmirlər....Əbdürrəhman Dəvəçi
Onun sözlərinə görə, “Güney Azərbaycanda kimlik hərəkatı başlandıqdan sonra, bu hərəkatın fəalları ilə türkmənlərin yaxınlaşması daha rahat olub.”
Səhra jurnalının sahibi mərhum professor Cavad Heyətin şəxsiyyəti haqda da danışır.
“Cavad Heyət sadəcə Güney Azərbaycanın deyil, Türkmənsəhranın da mənəvi atası olub,” deyə söyləyən Türkmən yazar məşhur türkoloqun həm özü həm də əsərlərinin türkmənlər tərəfindən sevildiyini ifadə edir.
Əbdürrəhman Dəvəçi həmçinin İran həbsxanalarında saxlanılan türkmən məhbuslar o cümlədən 3 ildir Evin zindanında olan türkmən fizik alimi Ümid Kövkəbi və milli fəal Daniyal Babayani haqqında Amerikanın Səsinə məlumat verir.
Türkiyənin Trakya Universitetinin sənət tarixi müəllimi Əbdürrəhman Dəvəçi (Abdyrahman Düýeji) eyni zamanda jurnalist, yazar və şairdir. İranda yayılan Səhra jurnalının sahibi, eləcə də bir neçə sənət və ədəbiyyat kitabının müəllifi olub. ...

No comments:

Post a Comment